Müəllif: Tamara Mustafayeva, Banco.az
“OpenAI” 2030-cu ilə qədər böyük həcmdə vəsait itirəcəyini gözləyir.
Banco.az xəbər verir ki, “Financial Times”ın (FT) şirkət təqdimatına istinadən yaydığı xəbərə görə “OpenAI” 2026-cı ildən 2030-cu ilin sonuna qədər 278 milyard dollar məbləğində mənfi sərbəst pul axını ilə üzləşəcəyini gözləyir.
Xəbərdə bildirilib ki, bu rəqəmlər iyul ayında hesablama gücü ilə bağlı bağlanmış razılaşmaya dair şirkətin hazırladığı məxfi təqdimatda yer alıb.
“FT”nin məlumatına görə süni intellekt nəhəngi gəlirlərinin bu ilki 36 milyard dollardan 2030-cu ildə 350 milyard dollara yüksələcəyini proqnozlaşdırsa da hesablama gücünə böyük həcmdə investisiya qoymağa hazırlaşır.
Şirkət bu nəhəng xərclərin əldə edəcəyi gəlir artımını əhəmiyyətli dərəcədə üstələyəcəyini gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!
