AKİAB və COMELSON-un birgə təşkilatçılığı ilə “Comelson Business Expo 2026” biznes sərgisi keçiriləcək.
Banco.az xəbər verir ki, sərgi 7, 8, 9 oktyabr tarixlərində Baku Crystal Hall-da baş tutacaq.
Sərginin əsas məqsədi şirkətlərin məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsinə, yeni müştərilər və tərəfdaşlar qazanmasına, eləcə də satış imkanlarını genişləndirməsinə şərait yaratmaqdır.
Sərgi çərçivəsində B2B, B2C və B2G formatında işgüzar əlaqələrin qurulması, potensial tərəfdaşlarla görüşlərin keçirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması nəzərdə tutulur.
İştirakçılar həmçinin öz brendlərini birbaşa auditoriyaya təqdim etmək və biznes əlaqələrini genişləndirmək imkanı əldə edəcəklər.
Sərgiyə giriş ödənişsizdir.
Qeydiyyatdan keçmək üçün linkə keçid edə bilərsiniz.
