ABŞ-da emal sənayesi istehsalında gözlənilməz azalma | Banco.az

ABŞ-da emal sənayesi istehsalında gözlənilməz azalma

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da emal sənayesi istehsalında gözlənilməz azalma.

Banco.az xəbər verir ki, ABŞ-da emal sənayesi istehsalı avqust ayında gözləntilərin əksinə olaraq azalıb.

ABŞ Mərkəzi Bankının (FED) məlumatlarına görə ölkədə sənaye istehsalı avqust ayında aylıq ifadədə dəyişməyib, illik ifadədə isə 1,4 faiz artıb. "Bloomberg" sorğusunda iştirak edən iqtisadçılar sənaye istehsalının 0,3 faiz artacağını gözləyirdilər. İyul ayında isə göstərici 0,2 faiz artmışdı.

Emal sənayesi istehsalı da avqust ayında 0,3 faiz azalıb. İqtisadçıların gözləntisi 0,3 faiz artım idi.

Kapasitədən istifadə əmsalı isə avqust ayında dəyişməyərək 76,3 faiz təşkil edib. Gözlənti 76,4 faiz idi.

Avqust ayında emal sənayesində müşahidə olunan yavaşlama əsasən güclü kapital xərcləri və sağlam istehlakçı tələbi ilə dəstəklənən sektordakı artımın dayanmasına işarə edib.

Bununla yanaşı istehsalçılar neft və digər materialların bahalaşması ilə yanaşı Yaxın Şərq və Ukraynadakı müharibələrin yaratdığı təchizat zənciri problemləri ilə də üzləşirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram