Almaniya ilk F-35 qırıcı təyyarəsini ABŞ-dən aldı | Banco.az

Almaniya ilk F-35 qırıcı təyyarəsini ABŞ-dən aldı

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniya ABŞ-dan ilk F-35A qırıcı təyyarəsini təhvil alıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius Texas ştatının Fort-Uort şəhərində Almaniya üçün istehsal olunan ilk F-35 qırıcı təyyarəsinin təhvil verilməsi mərasimində iştirak edib.

Pistorius bildirib ki, F-35A gizlilik texnologiyasına malik beşinci nəsil qırıcı təyyarədir və onun Almaniya Hərbi Hava Qüvvələrinin arsenalına daxil olması yeni mərhələnin başlanğıcıdır.

“Almaniya Hərbi Hava Qüvvələri üçün yeni bir dövr başlayır. Yeni F-35A dünyanın ən müasir qırıcı təyyarələrindən biridir”, – deyə nazir bildirib.

Pistorius Almaniyanın F-35 proqramına təxminən 10 milyard avro vəsait ayırdığını qeyd edib. Onun sözlərinə görə, 19 ölkənin iştirak etdiyi proqram çərçivəsində əməkdaşlıq təlim, hazırlıq və əməliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir əlavə edib ki, F-35 proqramında iştirak müttəfiq ölkələr arasında əməkdaşlığı daha da gücləndirir.