Azərbaycan neftinin qiyməti 122 dolları ötüb | Banco.az

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

Banco.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,29 ABŞ dolları və ya 1,07% artaraq 122,37 ABŞ dollarına yüksəlib.

    Bundan əvvəl Azərbaycan nefti 121,08 ABŞ dollarına ticarət edilmişdi.

    Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.