“İslahatlar İcmalı”nın xüsusi buraxılışı Rəqəmsal Ticarət Qovşağına həsr olunub | Banco.az

“İslahatlar İcmalı”nın xüsusi buraxılışı Rəqəmsal Ticarət Qovşağına həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın iyun buraxılışı – Azərbaycan, ingilis və rus dillərində - Rəqəmsal Ticarət Qovşağına (RTQ) həsr edilib. İcmalın bu sayında RTQ-nın həm investorlar, həm də biznes sahibləri üçün yaratdığı imkanlar - E-biznes, E-ixrac təşviqi, E-imza, E-rezident, Hüquqi şəxsin online qeydiyyatı, E-ödəniş, E-sənəd, transsərhəd əməliyyatları və imzaların qarşılıqlı tanınması, Vahid Onlayn İxrac ərizəsi, Sərbəst Satış sertifikatı; Gömrük bəyannamələrinin doldurulması və s. barədə ətraflı məlumatlar öz əksini tapıb.     Həmçinin, RTQ-nın əməkdaşlıq əlaqələri, imzalanmış memorandumlar və bu əməkdaşlıqlar nəticəsində RTQ-nin fəaliyyət sahəsinin genişləndirilməsini əks etdirən xəritə təqdim olunub.

İcmalın xüsusi buraxılışında Rəqəmsal Ticarət Qovşağının Azərbaycanda və Xarici ölkələrdə təqdim olunması, müxtəlif ekspertlərin rəyləri, dünya təcrübəsi ilə müqayisəli təhlili və üstünlükləri də xüsusi buraxılışda yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı Azərbaycan Respublikası Prezidentinin 22 Fevral 2017-ci il tarixli «Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı əsasında yaradılıb.

“Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın Rəqəmsal Ticarət Qovşağına dair xüsusi buraxılışı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
http://iqtisadiislahat.org/store//media/documents/islahatlar_icmali/2018/iyun/DTH__AZE.pdf

Ən sərfəli krediti almaq üçün müraciət et