Mərkəzi bankların qızıl alışları gözləntidən az olub | Banco.az

Mərkəzi bankların qızıl alışları gözləntidən az olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünya Qızıl Şurasının (WGC) hesabatına görə, mərkəzi banklar ilk rübdə 57 ton qızıl alıb. Qızıl alışı gözləniləndən 187 ton az olub. Bu, son 10 ildən artıq müddətdə ilin ən zəif başlanğıcı hesab olunur və mövcud tempin 2025-ci ilin göstəricisindən aşağı düşəcəyi gözlənilir.

Banco.az xəbər verir ki, mərkəzi bankların qızıl tələbi aprel-iyun aylarında kəskin artaraq xalis 289 tona çatıb.

Polşa 51 tonla ən böyük alıcı olub və ilin ilk yarısında ümumi alışını 82 tona çatdırıb. Çin isə ikinci rübdə 33 ton qızıl alıb.

Yüksək faiz dərəcələri gəlir gətirməyən qızıl üçün mənfi amil olsa da, investorlar qiymətlərin yüksək səviyyəyə yaxınlaşdığı zaman alışlara üstünlük verirlər.

Hesabata görə, qızıl külçəsi və sikkələrə tələbat 3% azalaraq 307 tona, zinət əşyalarına tələbat isə 17% azalaraq 278 tona enib. Təkrar emal edilmiş qızıl tədarükü də 6% azalaraq 326 ton təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram