İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqıları açıqlanıb | Banco.az

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqıları açıqlanıb

 Bu il avqustun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,0 min nəfər olub, onlardan 877,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 630,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, muzdla işləyənlərin 22,2%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq 458,9 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Ən sərfəli krediti almaq üçün müraciət et