Hindistanın ən böyük pərakəndə satış şirkəti ödənişləri rəqəmsal rupi ilə qəbul edəcək | Banco.az

Hindistanın ən böyük pərakəndə satış şirkəti ödənişləri rəqəmsal rupi ilə qəbul edəcək

Müəllif - Aida İsaq, Banco.az

Hindistanın ən böyük pərakəndə satış şirkəti, ölkədə 15 000-dən çox mağazası olan “Reliance Retail” ödənişləri rəqəmsal “e-Rupi” ilə qəbul etməyə başlayıb

Banco.az xəbər verir ki, şirkət ilk olaraq “Freshpik” delikates mağazası ilə başlatdığı bu tendensiyanın bundan sonra ölkədəki bütün mağazalarda tətbiqini hədəfləyir.

Qeyd edək ki, daha öncə Hindistan rəsmiləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bəzi Afrika dövlətləri ilə öz milli valyutası olan rupi ilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırdığını açıqlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram