Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ İrana qarşı yeni sanksiyalar açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ administrasiyası İranın Hörmüz boğazı vasitəsilə gəlir əldə etməsinə şərait yaratdığı bildirilən 2 şirkətə, həmçinin İranın xam nefti və neft-kimya məhsullarının daşınmasında rol oynadığı əsas gətirilən 8 gəmiyə və onlarla əlaqəli 8 şirkətə qarşı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada İranın Hörmüz boğazından gəlir əldə etməsinə yönəlmiş fəaliyyətlərə qarşı yeni sanksiyaların qüvvəyə mindiyi bildirilib.
Açıqlamada İran İnqilab Keşikçiləri Korpusu tərəfindən dəstəkləndiyi iddia edilən “şantaj” mexanizmində iştirak etdiyi qeyd olunan “Persian Gulf Marine Insurance Company” və “HormuzSafe Marine Services Authority” adlı iki şirkətin sanksiya siyahısına daxil edildiyi vurğulanıb.
ABŞ Maliyyə Nazirliyi iddia edib ki, sözügedən mexanizm ticarət gəmilərini Hörmüz boğazından keçə bilmək üçün məcburi dəniz sığortası almağa vadar edir və İran bu yolla dəniz daşımalarından gəlir əldə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
