Hansı mobil operatorun rominq xidməti daha sərfəlidir? | Banco.az

Hansı mobil operatorun rominq xidməti daha sərfəlidir?

Xaricə səyahət edərkən ən vacib məsələlərdən biri  də ölkə xaricində telefon vasitəsi ilə əlaqə qura bilməkdir. Bunun üçün istifadə etdiyiniz mobil nömrədə rominq xidmətini aktivləsdirmək lazımdır. Xidməti aktivləşdirmək üçün isə hər bir mobil operatorun özünəməxsus şifrəsini yığmaq kifayətdir. Rominq xidmətini aktivləşdirmək üçün balansdan hər hansı vəsait silinmir. Lakin unutmayın ki, rominqi ölkəni tərk etməmişdən əvvəl aktivləşdirmək lazımdır.

Aşağıdakı cədvəldə rominqi aktivləşdirmək və xidməti deaktiv etmək üçün hər mobil operatorun şifrəsi qeyd olunub. 

Bundan əlavə, qeyd edək ki, mobil operatorların mobil tətbiqi vasitəsilə də xidməti aktivləşdirmək mümkündür.

Mobil operatorlar Xidməti aktivləşdirmək üçün Xidməti deaktiv etmək üçün

Qeyd

Nar mobile *777#100#YES *777#101#YES  

Bakcell

*121#1#YES

*121#0#YES

Rouminq xidməti bütün CIN və KLASS abunəçiləri üçün avtomatik aktivləşir.

Azercell

*135*1#YES

*135*0#YES

Fakturalı xətt abunəçiləri rominq xidmətini aktivləşdirmək üçün START, deaktiv etmək üçün isə STOP yazıb SMS vasitəsilə 8808-ə göndərə bilər. 8808 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.

Hər mobil operator fərqli rominq paketləri təklif edir. Paketlərin qiyməti 3 manatdan başlayır. Maksimum qiymət isə 39.9 manatdır. Qiymətə görə internetin həcmi dəyişir. Bəzi rominq paketlerinden əlavə danışıq dəqiqələri də var.

Mobil operatorların rominq paketləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Mobil operatorlar Paketin həcmi Müddət Paketi aktivləşdirmək üçün kod Qiymət (AZN) Paketə daxil olan əlavə xidmətlər
Bakcell 100 MB 1 gün *125*101#YES 3 Pulsuz WhatsApp
Azercell 100 MB 1 gün *100*101#YES 3,9 Pulsuz WhatsApp
Bakcell 100 MB 1 gün *125*110#YES 5 10 dəqiqə ,10 SMS
Nar mobile 500 MB 5 gün *777#709#YES 9  
Azercell 400 MB 3 gün *100*401#YES 9,9 Pulsuz WhatsApp

Nar mobile

500 MB 5 gün *777#715#YES 15 50  dəqiqə
1024 MB 15 gün *777#718#YES 18 Pulsuz WhatsApp
Azercell 1024 MB 14 gün *100*1001#YES 19,9 Pulsuz WhatsApp

Bakcell

1000 MB 7 gün *125*1001#YES 20 Pulsuz WhatsApp
500 MB 7 gün *125*550#YES 20 50 dəqiqə, 50 SMS
Nar mobile 1024 MB 15 gün *777#728#YES 28 Pulsuz WhatsApp, 100 dəqiqə

Bakcell

2000 MB 30 gün *125*2001#YES 30 Pulsuz WhatsApp
1000 MB 30 gün *125*1100#YES 30 100 dəqiqə, 100 SMS
Azercell 3072 MB 30 gün *100*3001#YES 39,9 Pulsuz WhatsApp

 

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram