"Fitch Ratings" manatın məzənnəsinin ucuzlaşması üzrə tədbirləri dəstəklədi | Banco.az

"Fitch Ratings" manatın məzənnəsinin ucuzlaşması üzrə tədbirləri dəstəklədi

Azərbaycan manatının məzənnəsinin dollara nisbətdə ucuzlaşması büdcə və xarici düzəlişlərə yardım edəcək ki, bu da neftin qiymətinin ucuzlaşması fonunda müsbətdir.

Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda deyilir.

Qeyd olunur ki, 2014-2015-ci illərdə rus rublu və türk lirəsinin məzənnələrinin azalması nəticəsində manatın mübadilə məzənnəsinin real səmərəsinin kəskin artması davam etsəydi, Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafı üzrə tədbirlərə mənfi təsir edərdi.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatın müəlliflərinin fikrincə, bu, şərti öhdəliklərin yaranması riski daşıyır, xüsusilə də bank sektorunda: "Hərçənd Azərbaycanın güclü dövlət balansı davamlılığın əhəmiyyətli ehtiyatını təmin edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 37,1 milyard dollar təşkil edir ki, bu da 2014-cü ilin sonuna ÜDM-in 49 faizinə ekvivalent təşkil edir".

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et