Ermənistan bank sisteminə qısa baxış
Ermənistan Mərkəzi Bankı tərəfindən sərt kapital tələbləri ölkənin onsuz da zəif iqtisadiyyat fonunda mübarizə aparan bir çox banklarını ciddi sınağa çəkəcək. Lakin yeni standartlara artıq cavab verən banklar üçün mümkün konsolidasya artıma rəvac verən imkanlar yarada bilər.
Ermənistan bank sektorunun üfüqlərində dəyişiklik gözlənilir. Qafqazın ən kiçik ölkəsindəki 21 bank ölkənin iqtisadi çətinlikləri, aktivlərin keyfiyyətinin düşməsi və valyuta volatiliyi səbəbindən birmənalı olmayan gələcəklə üz-üzə dayanır. Lakin konsolidasiya sayəsində böyümə imkanları da var.
Makro iqtisadi faktlara baxsaq, Ermənistan üçün proqnoz heç də ürəkaçan görünmür. 2015-ci ildə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulan ölkənin Rusiya iqtisadiyyatından asılılığı olduqca böyükdür. Mövcud şəraitdə Rusiyadakı vəziyyəti nəzərə alsaq, Ermənistan öz ümümdaxili məhsulunun artımına özü nail olmalıdır.
“Baxmayaraq ki, bizim gözləntiləri üstələyəcəyimizi göstərən işarətlər var, Ermənistan 2% artımla (ÜDM-də artım) çox yaxşı nəticə göstərmiş olacaq, nəzərə alsaq ki, Rusiyada bu il artım proqnozu mənfidir və Ermənistanın iqtisadi asılılığı davam edir.” - Henry G R Kerali, Dünya Bankının cənubi Qafqaz üzrə regional direktoru bildirir.
Əsas çətinliklər
Ermənistan iqtisadiyyatı üçün daha bir çətinlik isə ölkənin xarici valyuta əldə etmək üçün pul köçürmələrindən asılı olmasıdır. Cənab Keralinin sözlərinə əsasən, bunun əsas səbəbi ixracatın zəif olmasıdır. Rusiya iqtisadiyyatının zəifləməsi bu asılılığın daha da böyüməsi təhlükəsini yaradır. Belə ki, mərkəzi İrəvanda yerləşən Anelik Bankının CEO- su Nerses Karamaukyana istinadən, xarici köçürmələrin 80%-i Rusiyadan gerçəkləşir və rusiya rublunun zəifləməsi nəticəsində 2015-ci ilin ilk ayları ərzində pul köçürmələrinin həcmi 30-35% aşağı düşüb.
Bu xoşagəlməz hadisələr fonunda, Ermənistan bankları artıq 2014-cü ildə aktivlərinin keyfiyyətinin azalmasına məruz qalıblar. Qeyri işlək kreditlərin (problemli kreditlərin) həcmi 2013-ci ildəki 4,5%-dən, 2014-cü ilin sonunda 7%-ə yüksəlib, Ermənistan Mərkəzi Bankının göstəricləri belə deməyə əsas verir.
2014-cü ildə Ermənistanda geniş vüsət alan kreditləşmə artıq 2015-ci ildə səngiməyə doğru gedir. Bankirlər iqtisadi qeyrimüəyyənlik fonunda tempi aşağı salıblar. Lakin bu aktivlərin gələcəkdə də pisləşməsinə gətirib çıxaracaq, bu isə 2015-ci ildə bank sektorunun əsas problemi olacaq, Ameriabankın baş icraçı direktoru Artak Anesyan belə qənaətdədir: “Biz artıq bank sistemində gecikdirilmiş kreditlərin həcmində 9% artımın şahidi oluruq”.
İkinci məsələ kapital yetərliyi ilə bağlı olacaq, çünki dollara nisbətdə devalyasiya nəticəsində (Ermənistan dramı) kreditlərin keyfiyyəti pisləşib və böyümək üçün bankların daha çox kapitala ehtiyacı olacaq – Anesyan bildirir. Bank sektorunun bütüövlükdə kapital yetərliyi əmsalı illik hesablamada 16,7%-dən 14,5%-də düşüb. Amma o yenə də mərkəzi bank tərəfindən irəli sürülən minimum 12% tələbini üstələyir.
Kapital səviyyəsini artırmaq üçün Ermənistan Mərkəzi Bankı kapital normasını minimum 60 milyan dollara çatdırmaqla bağlı yeni tələb irəli sürüb və tələb, 2017-ci ilin yanvarında qüvvəyə minəcək.
Mənbə: The Banker