Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada sənaye istehsalı tikinti və emal sənayesi sektorundakı artımın təsiri ilə oktyabr ayında əvvəlki aya nisbətən 1,8 faiz yüksəlib.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı ilkin məlumatlara görə, mövsümi və təqvim təsirlərindən arındırılmış sənaye istehsalı oktyabrda sentyabra nisbətən 1,8 faiz artıb. Bununla da ölkədə sənaye istehsalı oktyabr ayında mart ayından bəri ən yüksək yüksəlişi qeydə alıb.
Sənaye istehsalı 2024-cü ilin oktyabrına görə də 0,8 faiz artım göstərib. Sentyabr ayı üçün əvvəlcə 1,3 faiz artım kimi açıqlanan göstərici 1,2 faizə yenilənib. Bazarlarda oktyabr ayı üzrə aylıq sənaye istehsalının 0,4 faiz artacağı gözlənilirdi.
Məlumatlar ölkədə oktyabr ayında enerji və tikinti sektoru istisna olmaqla sənaye istehsalının əvvəlki aya nisbətən 1,5 faiz yüksəldiyini ortaya qoyub.
Bu dövrdə əsas kapital mallarının istehsalı 2,1 faiz, istehlak mallarının istehsalı isə 2,1 faiz artıb. Sənaye sahələrindən kənarda enerji istehsalı əvvəlki aya görə 1,4 faiz, tikinti sektorunda isə 3,3 faiz yüksəliş qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
