Müəllif: Tamara Mustafayeva, Banco.az
"Paramount" şirkəti "Warner Bros. Discovery"nin bütün səhmlərini hər səhm üçün 30 dollar ödəməklə almaq üçün təklif irəli sürüb.
Banco.az xəbər verir ki, təklif şirkəti ümumilikdə 108,4 milyard dollar dəyərində qiymətləndirir.
“Netflix”in təklifindən 18 milyard dollar üstün
Təklif "Global Networks" də daxil olmaqla şirkətin bütün bölmələrini əhatə edir. Təklifin maliyyə baxımından "Netflix"in təklifindən 18 milyard dollar daha sərfəli olduğu bildirilir.
“Paramount”: daha sürətli təsdiq, daha az risk
"Paramount" təklifinin rəqabəti artırdığı üçün daha asan tənzimləyici təsdiq alacağı iddia olunur. Əksinə, "Netflix"in satınalmasının bazarda monopoliyaya səbəb olacağı və uzunmüddətli araşdırmalara yol açacağı qeyd edilir.
“Netflix” artıq razılığa gəldiyini elan etmişdi
"Netflix" daha əvvəl şirkəti 82,7 milyard dollarlıq ümumi dəyərlə almaq barədə razılaşdığını açıqlamışdı. Qeyd edək ki, “Netflix”in təklifi səhm + nağd kombinasiyasından ibarətdir və hər səhm üçün 27,75 dollar ödəməyi nəzərdə tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!
