"IBM" bu şirkəti 11 milyard dollara almaq üçün danışıqlar aparır | Banco.az

"IBM" bu şirkəti 11 milyard dollara almaq üçün danışıqlar aparır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“IBM” “Confluent” şirkətini 11 milyard dollara almaq üçün danışıqlar aparır.

Banco.az xəbər verir ki, məsələyə yaxın mənbələrin məlumatına görə “IBM” məlumat infrastruktur şirkəti “Confluent”i təxminən 11 milyard dollara satın almaq üçün irəliləmiş mərhələdə danışıqlar aparır.

“Confluent”in bazar dəyəri cümə günü etibarilə təxminən 8 milyard dollar səviyyəsində olarkən “IBM”in bazar dəyəri təxminən 290 milyard dollar olaraq qeydə alınıb.

“Confluent” böyük süni intellekt modellərində istifadə olunan real vaxtlı məlumat axınlarının idarə edilməsinə kömək edən texnologiyalar təmin edir.

“IBM” ötən il bulud proqram təminatı xidmətləri göstərən “HashiCorp”u 6,4 milyard dollara satın almaq üçün razılaşmış və bu addımla sürətlə böyüyən bulud və süni intellekt sahəsindəki mövcudluğunu gücləndirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram