Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard manatı ötüb | Banco.az

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard manatı ötüb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 7 milyard 226,8 milyon manat olub.

Bu barədə bu gün Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 511,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 718,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 106,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et