Bu yaxınlarda “Herri Potter və Fəlsəfə daşı” kitabının ilk nəşr olunan nadir nüsxəsi keçirilən hərracda 90 min dollara alıcı tapıb, bunun əsas səbəbi isə başlığın düzgün tələffüz edilməməsi və kitabın bütünlüklə orfoqrafik xətalardan ibarət olmasıdır. 90 min dollar böyük məbləğ hesab edilsə də, bu qiymət “Dünyanın ən bahalı kitabları” siyahısındakı rəqəmlərlə müqayisə edildikdə olduqca kiçik görünəcək.
Odur ki, bugünkü məqaləmizdə sizə bu vaxta qədər ən yüksək qiymətə satılmış kitabların siyahısını təqdim edirik.
1. “Lester kodeksi” – (“The Codex of Leicester”)
Qiymət: 30.8 milyon dollar (1994-cü ilin məzənnəsi ilə)
Leonardo da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusu olan bu kitab indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Geyts "Lester kodeksi"-ni 30802500 ABŞ dollarına almışdır.
2. “Mormon kitabı” (Mətbəəçinin əlyazması) – (“The Book of Mormon” (Printer’s Manuscript)
Qiymət: 35 milyon dollar
Mormonizmin müqəddəs kitabı hesab edilən bu əsər ilk dəfə 1830-cu ildə Cozef Smit tərəfindən nəşr olunub. Kitab on beş fəsil və beş yüz səhifədən ibarətdir.
2017-ci ildə sözügedən nüsxə ABŞ-ın Solt-Leyk-siti şəhərində yerləşən Son Gün Əzizləri Kilsəsi (LDS) tərəfindən satın alınmışdır.
3. “Henri Lionun İncili” – (“The Gospels of Henry the Lion”)
Qiymət: 11.7 milyon dollar
Müqəddəs Venediktin sifarişi ilə qələmə alınan və əsasən heyranedici illüstrasiyalardan ibarət olan bu kitab 12-ci əsrə aiddir və 1983-cü ildə 11.7 milyon dollara satılmışdır.
4. “Böyük Azadlıqlar Xartiyası” – (“The Magna Carta”)
Qiymət: 21.3 milyon dollar (2007-ci ilin məzənnəsi ilə)
İngiltərə kralı Con və baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran bu sənədin neçə nüsxəsinin olması dəqiq məlum deyil. 2007-ci ildə milyarder Devid Rubenşteyn nüsxələrdən birini 21 milyon dollara satın almışdır.
5. “Müqəddəs Kusbertin İncili” – (“The St. Cuthbert Gospel”)
Qiymət: 14 milyon dollar (2012-ci ilin məzənnəsi ilə)
Britaniya Kitabxanasında nümayiş olunan 7-ci əsrə aid bu əsər latın dilində qələmə alınmışdır. Kitab 2012-ci ildə 14 milyon dollara Britaniya Kitabxanası tərəfindən satın alınmışdır.
6. “İncilin poetik tərcüməsi” – (“The Bay Psalm Book”)
Qiymət: 14.2 milyon dollar
Britaniya Amerikasında nəşr olunan ilk kitab hesab edilən və 1640-cı ildə Kembricdə çap olunan bu əsər 2013-cü ildə keçirilən hərrac zamanı milyarder Devid Rubenşteyn tərəfindən satın alınmışdır.
7. “Rotşildin dua kitabı” – (“The Rothschild Prayerbook)
Qiymət: 13.6 milyon dollar
16-cı əsrə aid bu kitab İntihab dövrünün miniatür ustaları tərəfindən çəkilmiş təsvirlərin flamang dilində yazılarla birləşməsindən ərsəyə gələn möhtəşəm əlyazmadır. Kitab 2014-cü ildə Avstraliyalı milyarder Kerry Stokes tərəfindən 13.6 milyon dollara satın alınmışdır.
8. “Amerika quşları” – (“Birds of America”)
Qiymət: 11.5 milyon dollar
Məşhur naturalist və rəssam Con Ceyms Audobon tərəfindən qələmə alınan dörd cildli kitab 1827-1838-ci illər ərzində müxtəlif nüsxələr halında çap olunmuşdur. Kitabın nüsxələrindən biri 2010-cu ilin 8 dekabrında Londonda keçirilən hərrac zamanı yerli diller Maykl Tollemaş tərəfindən satın alınmışdır.
9. “Qutenberqin Bibliyası” – (“The Gutenberg Bible”)
Qiymət: 5.4 milyon dollar (1987-ci ilin məzənnəsi ilə)
1455-ci ildə nəşr olunan “Qutenberqin Bibliyası” dünyada çap olunan ilk kitabdır. Kitabın nüsxələrindən biri 1987-ci ildə 5.4 milyon dollara Yaponiyada kitab satışı ilə məşğul olan Maruzen şirkəti tərəfindən satın alınmışdır.
10. “Kenterberi hekayələri” – (“The Canterbury Tales”)
Qiymət: 7.5 milyon dollar
Məşhur ingilis şairi Cefri Coserin şah əsəri sayılan bu kitab ingilis dilində yazılmış ilk əsərlərdən biridir. Kitabın 1477-ci ilə aid nadir nüsxələrindən biri 1998-ci ildə 7.5 milyon dollara ingilis xeyriyyəçisi milyarder Con Pol Getti tərəfindən satın alınmışdır. Xatırladaq ki, birinci nəşrin yalnızca on nüsxəsi mövcuddur.
Həmçinin oxu:
Karantin günlərində asanlıqla oxuyub bitirəcəyiniz 10 kitab
2020 yayı üçün Bill Qeytsdən 5 kitab tövsiyəsi
Bizi sosial şəbəkələrdən izləyin!!!