Karantin günlərində asanlıqla oxuyub bitirəcəyiniz 10 kitab | Banco.az

Karantin günlərində asanlıqla oxuyub bitirəcəyiniz 10 kitab

Ola bilsin ki, bir çoxumuz həddindən artıq məşğul olduğumuz günlərdə kitab oxumağa vaxt ayıra bilmirik. Bir müddət kitab oxumağa fasilə verdikdən sonra isə bəzilərimiz üçün yenidən başlamaq çətin ola bilər. İndi isə evdə qalmalı olduğumuz və kifayət qədər vaxtımızın olduğu bu günlərdə sizi yenidən kitablara bağlayacaq, kitab sevgisini xatırlayacağınız bir neçə kitab tövsiyəsi etmək qərarına gəldik.

1. “Fantastik Gecə” - Stefan Sveyq (“Fantastic Night” - Stefan Zweig)

Əsər burjuaziyanın görkəmli nümayəndələrindən biri olaraq qayğısız ömür sürən bir adamın həyatındakı dönüş nöqtəsindən bəhs edir. Həyatında ilk dəfə “günah” işlədən bu adam yenidən “hiss etməyə” başladığını dərk edir.

2. “Bəyaz Gecələr” – Fyodor Dostoyevski (“Белые ночи” - Фёдор Миха́йлович Достое́вский)

Adsız nəqledicinin dilindən qələmə alınan bu hekayə introvert və tənha bir insann hər gecə təkbaşına küçədə gəzməsini və belə gecələrdən birində qarşılaşdığı qadına duyduğu qarşılıq sevgisini əks etdirir.

3. “Hüzursuzluq” – Zülfü Livaneli (“Huzursuzluk” – Zülfü Livaneli)

Livanelinin Orta Şərq reallıqlarına işıq tutduğu bu kitab İstanbulda adi bir həyat sürən İbrahimin uşaqlıq dostu Hüseynin ölümü səbəbilə Mardinə gedişini və burada eşitdiklərindən sonra dostunun həyatını araşdırmasını nəql edir. Araşdırma apardıqca sanki bir burğulanın içinə girən İbrahim naməlum bir qadının izinə düşür.

4. “Xoşbəxt Şahzadə” - Oskar Uayld (“The Happy Prince” - Oscar Wilde)

The Happy Prince and Other Stories (Illustrated Edition) - Kindle ...

İnsan həyatını gözəllik və çirkinliyin, sevgi və eqoistliyin mübarizəsi olaraq əks etdirən kitab yaratdığı sirrli nağıl dünyası ilə də insanı sehirli bir sərgüzəştə dəvət edir.

5. “Cəmilə” - Orxan Kamal (“Cemile” – Orhan Kemal)

Yoxsul boşnaq ailənin qızı Cəmilə ilə katib Necati arasındakı saf eşqin fonunda yoxsulluğa, düşmənçiliyə qarşı dostluq və birliyin gücündən bəhs edən kitab hadisələri axıcı və şirin bir dillə nəql edir.

Ən sərfəli kredit üçün müraciət et

6. “İnsan nə ilə yaşayır” – Lev Tolstoy (“Чем люди живы” - Лев Николаевич Толсто́й)

Uzun illər boyu onu narahat edən insanlığın əsas problemlərini ədəbi tərzdə nəql edən Tolstoy insan sevgisi və inanc anlayışlarına işıq tutur.

7. “Ağrıdağı Əfsanəsi” – Yaşar Kamal (“Ağrı Dağı Efsanesi” – Yaşar Kemal)

Məhəbbət dastanı olan bu kitab adət-ənənələrini Mahmud xana qarşı müdafiə edən Əhməd ilə Gülbahar arasındakı sevgidən bəhs edir. Bununla yanaşı əsərdə insan psixologiyasının dərinlikləri də açılır.

8. “Gözlənilən bir qətlin tarixçəsi” – Qabriel Qarsiya Markes (“Chronicle of a Death Foretold” - Gabriel García Márquez)

Kitab baş verəcəyini hər kəsin bildiyi, ancaq qarşısını almaq üçün heç kəsin addım atmadığı bir qətldən bəhs edir. Təkcə qətlin arxa fonunda yaşanılanları deyil, insan davranışlarının portretini də yaradan yazıçı hadisələri axıcı və cəledici tərzdə nəql edir.

9. “Ruhlar” – Pol Oster (“Ghosts” - Paul Auster)

Nyu York trilogiyasına daxil olan bu kitab, əslində insanların sadəcə rənglərlə var olduğu, kimin gerçək, kimin xəyal və ya ruh olduğu müəyyən edilə bilməyən dedektiv romandır. Kitabda həminçinin insanın kimlik arayışına da yer verilir.

10. “Şəkər Portağalı” - Joze Mauru di Vaskonselos (“Meu Pé de Laranja Lima”, “Şeker Portakalı”, “My Sweet Orange Tree” - José Mauro de Vasconcelos)

Book Şeker Portakalı - Mini Kitap | Jose Mauro De Vasconcelos ...

Yazıçı bu əsərində dövrün hadisələrinə münasibətini çox yoxsul bir ailədən olan beş yaşlı Zeze ilə onun xəyal dünyanın dərinliklərinə etdiyi səfərin fonunda əks etdirir.

Həmçinin oxu: Karantin günlərində izləyə biləcəyiniz ən bəyənilən Netflix serialları

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et