Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ və Argentina arasında svop sazişi imzalanıb.
Banco.az xəbər verir ki, Argentina Mərkəzi Bankı (BCRA) və ABŞ Xəzinə Nazirliyi bazar ertəsi yayımladıqları birgə mətbuat açıqlamasında 20 milyard dollarlıq svop sazişinin imzalandığını elan ediblər.
Bildirilib ki, sazişin məqsədi Argentinada qiymət sabitliyini qorumaq və dayanıqlı iqtisadi artımı təşviq etməkdir.
Saziş ikitərəfli svopun şərtlərini və qaydalarını müəyyən etməklə yanaşı, beynəlxalq ehtiyatların likvidliyini də gücləndirəcək.
Məlumat üçün qeyd edək ki, Argentina Prezidenti Xavyer Milei qarşıdakı bazar günü onun gələcəyini müəyyən edəcək həlledici aralıq seçkilərlə üz-üzə qalacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!