Tamara Mustafayeva, Banco.az
Hər il ənənəvi olaraq bir neçə dəfə sevdiyi kitabları tövsiyə edən Microsoft şirkətinin CEO-su Bill Qeyts yay ayları üçün yeni siyahıyısını açıqladığı bir video yayımlayıb.
1. Dr. Edith Eva Eger – The Choice (“Seçim”)
Kitab II Dünya Müharibəsi zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi olan Auşvitz həbs düşərgəsində sürgünə göndərilmiş on altı yaşlı balet rəqqasəsinin yaşadığı iztirablı həyat hekayəsindən bəhs edir.
2. David Mitchell – Cloud Atlas (“Buludlu atlas”)
İngilis yazıçısı David Mitçelin üçüncü kitabı olan “Buludlu atlas” romanı bir-biri ilə əlaqəli altı hekayədən ibarət olub, oxucuları XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır.
3. Bob Iger – The Ride of a Lifetime (“Ömür yolu”)
2019-cu ilin iş adamı seçilən Disney CEO-su Robert Allen Iger bu kitabda on beş illik fəaliyyəti ərzində əsas götürdüyü dəyərləri və qiymətli təcrübələrini oxucularla bölüşür. Əsər uğurlu rəhbərliyə həsr edilmiş ən yaxşı memuarlardan biridir.
4. John M. Barry – The Great Influenza:The Story of the Deadliest Pandemic in History (“Dəşhətli qrip: Tarixin ən ölümcül pandemiyası”)
Amerikalı yazıçı və tarixşunas Con Berri tərəfindən 2004-cü ildə qələmə alınan bu əsər 1918-ci ildə başlayıb 1920-ci ilə qədər davam edən dünyanın ən dəşhətli pandemiyası kimi tarixə düşmüş “İspan qripi”-dən bəhs edir.
5. Abhijit V. Banerjee and Esther Duflo – Good Economics for Hard Times (“Çətin dövrlər üçün dayanıqlı iqtisadiyyat”)
Kitab iqtisadi artımın zəifləməsi, immiqrasiya, gəlir bərabərsizliyi, iqlim dəyişikliyi, qloballaşma və işsizlik kimi müasir cəmiyyətin üzləşdiyi problemlərə həll yolu axtarmaq üçün həyata keçirilən iqtisadi tədqiqatların son nailiyyətlərindən bəhs edir.
Həmçinin oxu: 2019 yayı üçün Bill Qeyts-dən 5 kitab tövsiyəsi
Bizi sosial şəbəkələrdən izləyin!!!