Dünya Bankı Türkiyəyə 512 milyon dollar kredit verəcək | Banco.az

Dünya Bankı Türkiyəyə 512 milyon dollar kredit verəcək

Tamara Mustafayeva, Banco.az

Dünya Bankı zəlzələ və daşqınlara qarşı mənzil və infrastrukturun təkmilləşdirilməsi üçün maliyyənin artırılması məqsədilə Türkiyəyə 512 milyon dollar kredit ayırmağı təsdiqləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Dünya Bankının İcraçı Direktorlar Şurası iqlimə və təbii təhlükələrə davamlı mənzil və infrastruktura çıxışı artırmaq üçün Türkiyəyə 512,2 milyon dollar kredit ayrılmasını təsdiqləyib.

Sözügedən maliyyələşdirmə "İqlim və Təbii Fəlakətlərə Dözümlü Şəhərlər Layihəsi" üçün nəzərdə tutulub. Layihə İstanbul, İzmir, Kahramanmaraş, Manisa və Tekirdağ vilayətlərinin şəhər ərazilərini əhatə edəcək.

Dünya Bankının verdiyi açıqlamaya görə, riskli evlərin yenidən qurulması və ya möhkəmləndirilməsi üçün verilən kreditlərdən 32 min nəfər faydalanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et