Dünya Bankı (DB) Ukraynadakı böhranla əlaqədar Avropa və Mərkəzi Asiyanın inkişaf etmiş ölkələri ilə 2014-cü il üçün iqtisadi artım üzrə proqnozlara yenidən baxıb. Məlumata görə, bu barədə bankın saytında dərc olunmuş məlumatda deyilir.
DB-nin yenilənmiş proqnozlarına görə, bank il ərzində ölkədə 4,5 səviyyəsində artım olacağını güman edir. Bundan əvvəl dərc olunmuş proqnozda bank milli iqtisadiyyatın artım sürətinin 5,2 faiz, 2015-ci ildə 4,1 faiz səviyyəsində olacağını gözləyirdi.
Məlumatda bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Kaura Takın sözlərindən sitat gətirilir: "Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələri artımın qeyri-müəyyən perspektivləri fonunda bir sıra ciddi problemlərlə üzləşirlər".
Bundan əlavə, bankın yenilənmiş proqnozlarına görə, Ermənistanda və Qazaxıstanda ÜDM-da artım – 4,3 faiz, Moldovada iki faiz, Belarusda 1,5 faiz, Rusiyada 0,5 faiz, Türkiyədə 3,5 faiz olacaq. Ukraynada ÜDM-da səkkiz faizlik azalma gözlənilir.
Kaura Tak deyib: "Ukraynada gərginlik ölkədə artıma (iqtisadi) təsir edib və iqtisadi aktivliyin azalmasına gətirib çıxarıb. Lakin region ölkələri qarşısında duran struktur problemlərdən biri hələ Ukrayna probleminə qədər mövcud idi və əvvəlki kimi təcili həll tələb edir".
Avropa regionunun inkiaşf etmiş iqtisadiyyatları arasında nisbətən daha çox, yəni 3,2 faiz artım Macarıstanda gözlənilir. Polşada ÜDM-in artım proqnozu 3 faiz, Litvada 2,9 faiz, Rumıniyada 2,7 faiz, Latviyada 2,5 faiz, Slovakiyada 2,4 faiz, Çexiyada 2 faiz, Bolqarıstanda 1,4 faiz, Estoniyada 1,3 faiz, Sloveniyada 0,7 faiz, Xorvatiyada 0,5 faiz olacaq.
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın ictimai-iqtisadi inkişafının konsepsiyasına əsasən, 2014-cü ildə ölkə ÜDM-nin real artımının 5,2 faiz səviyyədə olacağı gözlənilir.
Trend