Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə 1% yüksələrək başlayıb.

Türkiyə Respublikası Mərkəzi Bankının likvidlik imkanlarının azaldılması istiqamətində addımlar atmasının ardınca geriləyən kurs yeni günə yenidən yüksəlişlə başlayıb.

Ötən həftə ərzində dalğalı hərəkətlilik ilə 7 səviyyəsini keçən Dollar/TL məzənnəsi ikinci rekorda imza atmasının ardınca Mərkəzi Bankın likvidlik azaldıcı tədbirlərindən sonra geriləmişdi.

Məzənnə Bakı vaxtı ilə 11:45-də 7.32 səviyyəsində icra edilir.

Xatırladaq ki, Mərkəzi Bank çərşənbə axşamı günü də həftəlik repo tenderi keçirməyib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram