Da Vinçi tərəfindən ötən əsrin ortalarında yazılan “EDİLƏCƏKLƏR SİYAHISI" | Banco.az

Da Vinçi tərəfindən ötən əsrin ortalarında yazılan “EDİLƏCƏKLƏR SİYAHISI"

Tamara Mustafayeva, Banco.az

Bir çox insan gündəlik planlarını, ya da gələcəyə dair məqsədlərini “Ediləcəklər siyahısı” (To Do List) adlanan qeydlər halında qələmə alır. Bu siyahıya yazılan qeydlər bəzən çox bəsit gündəlik vərdişləri, bəzən isə əldə edilməli böyük uğurları özündə ehtiva edə bilir.

Dünyanın ən tanınmış simalarından olan Leonardo Da Vinçi də daima özü ilə qeyd dəftəri gəzdirərmiş. Bununla da ağlına gələn hər parlaq ideyanı ya da ona ilham verən hər hansı hadisəni dərhal qeyd edərmiş. O, müşahidə etmək, qeydə almaq və fikirləşmək məhfumlarını xüsusi qiymətləndirdiyini bildirərdi.

Bir neçə il əvvəl Da Vinçi tərəfindən 1940-ci illərdə yazıldığı ehtimal edilən “Ediləcəklər Siyahısı” aşkar edilib. Siyahıdakı bəzi müddəalarla tanış olaq.

  • Milanın və məhəllələrinin ölçülməsi – Hesabla
  • Kordusio şəhərinə gedən yolda tapa biləcəyin, Milan və kilsələrindən bəhs edən kitab – Tap
  • Corte Vecchio-nun ölçülməsi (Corte Vecchio – saray qəsrinin həyəti) – Kəşf Et
  • Saray qəsrinin ölçüləri – Kəşf Et
  • Üçbucağın necə kvadratlaşdırılacağını öyrədəcək riyaziyyat müəllimi – Tap
  • Mütənasibliyi öyrənmək üçün Messer Fazio – Tap
  • De Ponderibus (Mexanika elmi ilə bağlı yazılmış mətn) haqqında məlumat almaq üçün Brera Friar-ın yanına get
  • Milanın çertyojunu çək

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram