Aİ-də ən yüksək faiz dərəcəsinə malik Rumıniyada dəyişiklik yoxdur | Banco.az

Aİ-də ən yüksək faiz dərəcəsinə malik Rumıniyada dəyişiklik yoxdur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-də ən yüksək faiz dərəcəsinə malik Rumıniyada dəyişiklik yoxdur.

Banco.az xəbər verir ki, Rumıniya Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməyərək 6,5 faiz səviyyəsində saxlayıb. “Bloomberg”in sorğusunda iştirak edən bütün iqtisadçıların proqnozu da faiz dərəcəsinin dəyişdirilməyəcəyi istiqamətində olub.

Yeni hökumətin qurulması ilə bağlı yenidən kəskinləşən siyasi çəkişmələrin milyardlarla avro həcmində Avropa İttifaqı vəsaitlərinin sərbəst buraxılması üçün zəruri tədbirlərin təsdiqlənməsi prosesini ləngitməsi fonunda rəsmilər borclanma xərclərini təxminən iki ildir sabit saxlayırlar.

Mərkəzi bank qlobal neft qiymətləri ilə yanaşı, bu il yaşanan şiddətli quraqlığın təsiri nəticəsində elektrik enerjisi və ərzaq xərclərində baş verən dəyişikliklərin yaratdığı risklərə diqqət çəkib. Bildirilib ki, mövcud siyasi vəziyyət cari ildən sonrakı dövr üçün gündəmə gələ biləcək mümkün maliyyə konsolidasiyası tədbirləri ilə bağlı yüksək qeyri-müəyyənlik mənbəyi olaraq qalır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram