Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Trampın prezidentliyi dövründə 175 mindən çox şəxsin vizasını ləğv edib.
Banco.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Donald Trampın ikinci prezidentlik dövründə “viza şərtlərini pozduqları” səbəbilə 175 mindən çox şəxsin vizasının ləğv edildiyini açıqlayıb.
ABŞ Dövlət Departamenti viza ləğvləri ilə bağlı yazılı açıqlama yayıb.
Departament bildirib ki, sözügedən viza ləğvlərinin böyük hissəsi “cinayətə qarışmış şəxsləri” əhatə edir.
Açıqlamada deyilir: “ABŞ Dövlət Departamenti Prezident Trampın dövründə viza şərtlərini pozan, cinayət törədən, ABŞ vətəndaşlarına qarşı zorakılığa çağıran, amerikalıları aldadan, immiqrasiya sistemindən sui-istifadə edən və ya milli təhlükəsizliyi təhlükə altına atan 175 mindən çox xarici vətəndaşın vizasını ləğv edib.”
Bizi sosial şəbəkələrdən izləyin!!
