Azərbaycanın dövlət büdcəsinin profisiti 3 milyard manatı ötüb | Banco.az

Azərbaycanın dövlət büdcəsinin profisiti 3 milyard manatı ötüb

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat, xərcləri isə 20 milyard 174,4 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,5% və 1,2% çoxdur.

Beləliklə, büdcədə 3 milyard 420,3 milyon manat profisit yaranıb.