“JPMorgan” dollarla bağlı uzunmüddətli mövqeyini “neytral” səviyyəyə endirib | Banco.az

“JPMorgan” dollarla bağlı uzunmüddətli mövqeyini “neytral” səviyyəyə endirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” dollarla bağlı uzunmüddətli mövqeyini “neytral” səviyyəyə endirib. 

Banco.az xəbər verir ki, strateqlər Meera Çandan və Arindam Sandilya cümə günü yayımladıqları hesabatda bildiriblər: “May ayının ortalarından etibarən ABŞ dolları üzrə uzun mövqedə idik, lakin son dövrdə ABŞ iqtisadi göstəricilərinin gözləntiləri doğrultmaması səbəbindən mövqeyimizi taktiki olaraq neytral səviyyəyə endirdik.”

Strateqlər inkişaf etmiş bazarlarda gəlirliliyi aşağı olan valyutalara qarşı uzun dollar mövqelərindən ibarət səbəti cüzi zərərlə bağladıqlarını qeyd ediblər.

Cümə günü açıqlanan məlumatlar ABŞ-da kənd təsərrüfatı istisna olmaqla məşğulluğun iyul ayında 23 min nəfər azaldığını göstərib. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların median proqnozu isə məşğulluğun 80 min nəfər artacağı istiqamətində idi.

Strateqlər hesabatda bildiriblər ki, “son məlumatlar fonunda ABŞ dolları üçün daha dar dalğalanma diapazonları gözləyirik”. Onlar həmçinin “Müxtəlif mənfi amillərə baxmayaraq, faiz fərqindən əldə olunan gəlir dayanıqlılığını sübut edib və bu məsələdə müsbət mövqeyimizi qoruyuruq” ifadələrini işlədiblər.

“JPMorgan” ABŞ dolları/Yaponiya yeni məzənnəsi üzrə 164 hədəf göstəricisini dəyişməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram