Çin Mərkəzi Bankı bu il monetar siyasətin stabil qalacağını bəyan edib | Banco.az

Çin Mərkəzi Bankı bu il monetar siyasətin stabil qalacağını bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin mərkəzi bankının sədri Yi Qang hazırki faiz dərəcələrinin uyğun səviyyədə olduğunu bildirib.

Banco.az xəbər verir ki, bugün Pekində baş tutan media brifinqində açıqlamalar edən Çin Xalq Bankının (mərkəzi bank) prezidenti Yi Qanq bankın hazırki faiz dərəcələrinin nisbətən uyğun səviyyədə olduğunu söyləyib.

Qanq inflyasiyanın nəzarət altında saxlanılacağını və valyutadakı volatilliyin narahatlıq doğurmadığını vurğulayaraq bankın həyata keçirdiyi monetar siyasətin bu il əsasən sabit qalacağını proqnozlaşdırıb.

O, iqtisadiyyatın başqa yollarla dəstəklənməsinə işarə edərək məcburi ehtiyat nisbətinin azaldılmasının Çin Xalq Bankı üçün uzunmüddətli likvidlik təmin etməkdə effektiv yol olaraq qaldığını dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et