Bu ölkənin supermarketlərində tarixdə ilk dəfə olaraq inflyasiya 20%-i keçib | Banco.az

Bu ölkənin supermarketlərində tarixdə ilk dəfə olaraq inflyasiya 20%-i keçib

Müəllif - Aida İsaq, Banco.az

Cari ilin mart ayında Belçika supermarketlərində inflyasiya tarixində ilk dəfə olaraq illik ifadədə 20%-i keçib. 

Banco.az xəbər verir ki, son üç ayda ölkədə istehlak qiymətlərinin artımı ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% ətrafında dəyişib. Araşdırmalar yeddi yerli supermarket şəbəkəsində istehlakçılara təqdim olunan 3000 məhsuldan ibarət səbəti ehtiva edir. Analitiklərin məlumatına görə, belçikalılar son vaxtlar yeməyə, orta hesabla, bir il əvvələ nisbətən daha çox pul xərcləyib. Orta hesabla iki nəfərdən ibarət ailə yemək üçün 521 avro ödəyir ki, bu da bir il əvvəllə müqayisədə 89 avro, bu ilin fevral ayından isə 9 avro çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et