Bu ilin II yarısında Azərbaycanda ÜDM-in artım tempi sürətlənəcək | Banco.az

Bu ilin II yarısında Azərbaycanda ÜDM-in artım tempi sürətlənəcək

2018-ci ilin II yarısında Azərbaycanda ÜDM-in artım tempi sürətlənəcək.

“APA-Economics” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə məlumat “Sberbank Investment Research”in “Bugünkü borc bazarları” icmalında öz əksini tapıb. “Sberbank Investment Research”in analitikləri hesab edir ki, ÜDM-in artım tempinin sürətlənməsi investisiya fəallığı hesabına baş verəcək.

“Sberbank Investment Research”in analitikləri hesab edir ki, 2018-ci ilin ikinci yarısında tikinti sahəsində inkişaf başlayacaq: "Xüsusilə infrastruktur layihələrinə dövlət xərclərinin artması hesabına (2018-ci ilin büdcəsinə uyğun olaraq 50%) baş verəcək. Bu ÜDM-in əlavə artımını dəstəkləməlidir, hansı ki, cari ildə 2 faizə çata bilər”, - deyə icmalda vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5% səviyyəsində proqnozlaşdırır. 2017-ci ildə Azərbaycanda iqtisadi artım 0,1% təşkil edib.