Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin 2-ci rübünə olan maliyyə göstəricilərinə əsasən bankların 9-nun depozit portfeli 1 milyard manatdan çox olub.
Banco.az xəbər verir ki, həmin banklar Kapital Bank (9,95 mlrd. manat), ABB (9,3 mlrd. manat), PAŞA Bank (7,2 mlrd. manat), Xalq Bank (1,7 mlrd. manat), Azər Türk Bank (1,5 mlrd. manat), Unibank (1,4 mlrd. manat), Bank Respublika (1,1 mlrd. manat), AccessBank (1,1 mlrd. manat) və Yelo Bank-dır (1,03 mlrd. manat).
Banklardan 5-nin depozit portfeli isə 500 milyon manatdan 1 milyard manata qədər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
