Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 316,5 kiloqramı qızılın, 1 808,2 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,8%, gümüş istehsalı isə 6,9% azalıb.
İyulun 1-nə olan vəziyyətə əsasən, ölkədə 168,8 kiloqram hazır qızıl, 534,1 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!
