Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar-iyun aylarında 132 milyon 905 min ABŞ dolları dəyərində 585 min 62 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 1,7% artıb, miqdarı isə 2,9% azalıb.
2025-ci ilin ilk 6 ayında idxal edilən buğdanın dəyəri 130 milyon 661 min dollar, miqdarı isə 602 min 255 ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
