Müəllif:Ayşən İmanova/Banco.az
Brüsseldə minlərlə nümayişçi “Audi” zavodunun bağlanmasına qarşı etiraz aksiyası keçirib.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, etirazlar Brüsselin Şimal dəmir yolu vağzalında başlayıb, daha sonra nümayişçilər Avropa Parlamentinə doğru yürüş ediblər.
Etirazçılar bildirib ki, enerji böhranı fonunda şirkətlər hakimiyyətin razılığı ilə hasilatı Aİ hüdudlarından kənara çıxarırlar, baxmayaraq ki, zavodlar uzun illər ərzində xeyli gəlir gətiriblər.
“Bir neçə il ərzində əldə etdikləri artıq mənfəətə baxmayaraq, indi böhranın əvəzini ödəməliyik. Biz bunu qəbul etmirik”, - Belçika Həmkarlar İttifaqı Federasiyasının nümayəndəsi Sor Hillal bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!