Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada istehsal və xidmət sektorlarında aktivlik avqust ayında daralıb.
Banco.az xəbər verir ki, S&P Global/CIPS tərəfindən açıqlanan göstəricilərə görə, İngiltərədə istehsal sektorunun Satınalma Menecerləri İndeksi (PMI) avqust ayında 42,5 punkta geriləyib. İqtisadçılar 45 punkt istiqamətində proqnoz vermişdilər.
Ötən ay sözügedən göstərici 45,3 punkt idi.
Həmçinin xidmət sektoru PMI məlumatlarının da avqust ayında 48,7 punkta enərək ötən 7 ayın ən aşağı səviyyəsində olduğu bildirilib.
İqtisadçılar avqust ayında xidmət sektoru PMI-nin 51.0 punkt olacağını gözləyirdilər.
Ötən ay bu göstərici 51,5 punkt idi.
Xatırladaq ki, indeksin 50-dən yuxarı dəyər alması sektorda artımı, aşağı dəyər alması isə daralmanı göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!