Beynəlxalq Valyuta Fondunun sədri bu ölkələrə xəbərdarlıq etdi | Banco.az

Beynəlxalq Valyuta Fondunun sədri bu ölkələrə xəbərdarlıq etdi

Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristalina Georgieva Avropa Universiteti İnstitutu tərəfindən təşkil olunan "Birliyin Vəziyyəti" adlı video-konfrans zamanı qlobal iqtisadiyyata dair analizlərini bölüşüb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, dünya iqtisadiyyatında bu ilin aprel ayı üzrə daha müsbət dinamika müşahidə edildiyini qeyd edən Georgieva ABŞ və Çin iqtisadiyyatlarıni "yaxşı işləyən iki mühərrik" kimi təsvir edib. O, həmçinin yay aylarında Avropa Birliyinə üzv ölkələrin də vaksinasiya ilə bağlı sözügedən iki ölkəyə çatacağına dair ümidli olduqlarını, daha sonra da yaxşılaşmanın sürətlənəcəyini dilə gətirib.

Qlobal iqtisadiyyatın bu il 6%, gələn il isə 4,4% inkişaf edəcəyinə dair proqnozlarını irəli sürən Georgieva bununla belə, iqtisadi yaxşılaşmanın ölkələr üzrə qeyri-bərabər bölünməsinin problem yaratdığını qeyd edib. O, mövcud şəraitlə bağlı hələ də qeyri-müəyyənliyin olduğunu söyləyərək, "Bu məsələdə birlikdəyik, bunun öhdəsindən ancaq birlikdə gələ bilərik", deyə əlavə edib.

Pandemiyaya qarşı hökumət dəstəyinin geri çəkilmə ehtimalının qaçılmazlığını vurğulayan sədr bu prosesin həyata keçirilməsində çox diqqətli davranmağın zəruri olduğunu söyləyib. Georgiyeva, "Ehtimal edilir ki, faiz göstəricilərinin yüksəldilməsinə hazır olmalıyıq. Xüsusən də, ABŞ-ın faiz qərarlarını izləmək mühüm əhəmiyyət daşıyır", deyə qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

BVF sədri potensial olaraq faiz dərəcələrinin artırıldığı şəraitdə hələ yaxşı inkişaf etməmiş, geridə qalan və borc yükü altında olan ölkələrin sözügedən dövrdə daha çətin vəziyyətlə üzləşəcəyini vurğulayaraq həmin ölkələrə xəbərdarlıq edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et