Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilib.
Bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu qərar Bankın yeni menecmenti, eləcə də 2016-c il iyulun 4-dən ona sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin müraciəti əsasında qəbul edilib.