Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırıldı | Banco.az

Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırıldı

Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırıldı.

Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılaraq 66 milyon 450 min manatdan 71 milyon 450 min manata yüksəlib.

Kapital artımı hər birinin nominal dəyəri 1000 manat, ümumi məbləği 5 milyon manat olan 5000 ədəd adi səhmlərin emissiyasının tam olaraq yerləşdirilməsi hesabına baş tutmuşdur.

Qeyd edək ki, Bank “BTB” ASC 2010-cu ildə təsis edilmişdir və 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filial və 1 şöbəsi ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən müştərilərə təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Universal xidmətlər göstərən Bank BTB-nin təqdim etdiyi məhsul, xidmət və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
 

 

Ən sərfəli krediti almaq üçün müraciət et