Türkiyədə mövsümi tənzimlənmiş aylıq inflyasiya ilin ən aşağı səviyyəsindədir | Banco.az

Türkiyədə mövsümi tənzimlənmiş aylıq inflyasiya ilin ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə mövsümi tənzimlənmiş aylıq inflyasiya ilin ən aşağı səviyyəsindədir.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı məlumatlara görə, mövsümi təsirlərdən təmizlənmiş istehlak qiymətləri indeksi (İQİ) iyun ayında aylıq müqayisədə 1,75 faiz artıb. Əvvəlki göstərici isə 1,88 faiz olmuşdu.

İnflyasiya üzrə həm ümumi göstəricilər, həm də mövsümi təsirlərdən təmizlənmiş məlumatlar qiymət artım tempinin zəiflədiyinə işarə edib.

TÜİK-in məlumatına əsasən, iyun ayında mövsümi təsirlərdən təmizlənmiş aylıq inflyasiya 1,75 faiz təşkil edib.

Bu göstərici ilin əvvəlindən bəri qeydə alınan ən aşağı səviyyə olub.

Mövsümi təsirlərdən təmizlənmiş baza istehlak qiymətləri indeksi (baza İQİ) isə iyun ayında 1,98 faiz artıb. Əvvəlki ay bu göstərici 2,19 faiz səviyyəsində qeydə alınmışdı.

TÜİK-in bülletenində bildirilib ki, baza inflyasiya qrupları üzrə göstəricilər 2025-ci ilin sentyabr ayından etibarən yenidən nəzərdən keçirilərək yenilənib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram