Bakıda restoranların dövriyyəsi 6%-dən çox artıb | Banco.az

Bakıda restoranların dövriyyəsi 6%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 855 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 6,4 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 475,5 milyon manat olub. Bu, ümumi dövriyyənin 55,6 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8 % artaraq 1 milyard 119,8 milyon manat olub.