Azərbaycanın Çexiyaya neft satışından qazancı azalıb | Banco.az

Azərbaycanın Çexiyaya neft satışından qazancı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya bu ilin yanvar-may aylarında Azərbaycandan 245 milyon 721 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 58 milyon 946 min dollar və ya 19,3% azdır. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 433 min 64 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 125 min 629 ton və ya 22,5% azalma deməkdir. 

Qeyd edək ki, yanvar-may aylarında İtaliya (5,3 milyon ton) Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram