“Microsoft” kütləvi ixtisarlara hazırlaşır | Banco.az

“Microsoft” kütləvi ixtisarlara hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” şirkəti 6400 nəfəri işdən çıxaracaq.

Banco.az xəbər verir ki, “Microsoft” şirkət üzrə ümumilikdə 6 min 400 əməkdaşın işinə son verəcəyini açıqlayıb.

Şirkətin “Xbox” bölməsi isə yenidənqurma proqramı çərçivəsində qarşıdakı bir il ərzində 3 min 200 nəfəri işdən çıxarmağı planlaşdırır.

“Xbox”un baş icraçı direktoru Aşa Şarma əməkdaşlara ünvanladığı məktubda bildirib: “Hazırda vəziyyətimiz qənaətbəxş deyil.” O qeyd edib ki, “Xbox” oxşar şirkətlərlə müqayisədə üç-dən on dəfəyədək daha aşağı mənfəət marjası ilə fəaliyyət göstərir və əlavə edib: “'Xbox'ı yenidən qurmalıyıq.”

Şarma yazıb ki, əsas məqsəd şirkətin fəaliyyətini daha səmərəli etmək və daha iri layihələrə yenidən investisiya yönəltməkdir.

Məktubda bildirilib ki, “Xbox” bölməsində bu gün 1 600 nəfər işdən çıxarılacaq, qalan ixtisarlar isə növbəti 12 ay ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Hazırda “Microsoft”da əsasən satış bölmələrini əhatə edən daha bir ixtisar dalğası davam edir və bu çərçivədə 3 min 200 nəfərin işinə son verilir. “Bloomberg”in əldə etdiyi daxili məktubda şirkətin insan resursları üzrə direktoru Emi Koulman bildirib ki, bu ixtisarlar məhsulların hazırlanma üsullarında və müştəri tələbatında baş verən dəyişikliklərlə əlaqədardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram