Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 1 iyun tarixinə ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 499 (illik müqayisədə 5 vahid çox), şöbələrinin sayı 84 (3 vahid az), ATM-lərin sayı 3 502 (illik müqayisədə 170 vahid çox) olub.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 27,374 nəfər təşkil edib. Bu da illik müqayisədə 5,4% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
