“Novartis” xərçəng dərmanları istehsal edən bir şirkəti satın alıb | Banco.az

“Novartis” xərçəng dərmanları istehsal edən bir şirkəti satın alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Novartis” xərçəng dərmanları istehsal edən bir şirkəti satın alıb.

Banco.az xəbər verir ki, İsveçrə mərkəzli əczaçılıq şirkəti “Novartis” yeni nəsil xərçəng dərmanları hazırlayan Böyük Britaniya biotexnologiya şirkəti “Myricx Bio”nu ümumilikdə 1,5 milyard dollara satın almaq barədə razılığa gəlib.

Şirkətlərin birgə açıqlamasına əsasən, xərçəng müalicəsində hədəflənmiş hüceyrə məhvinə imkan verən yeni nəsil antikor–dərman konjuqatları (ADC) üzərində çalışan “Myricx Bio”, “Novartis”in 1,5 milyard dollarlıq satınalma təklifini qəbul edib.

Razılaşmanın maliyyə şərtlərinə görə, “Novartis” ilkin mərhələdə 1,1 milyard dollar nağd ödəniş edəcək. Bundan əlavə, gələcəkdə elmi və kommersiya sahəsində müəyyən uğur göstəricilərinə nail olunacağı təqdirdə 400 milyon dollara qədər əlavə ödəniş həyata keçiriləcək.

Sövdələşmənin bütün zəruri icazələr alındıqdan sonra cari ilin ikinci yarısında başa çatdırılması gözlənilir.

Bu satınalmanın “Novartis”in xərçəng əleyhinə dərman portfelini daha da gücləndirəcəyi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram