Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə ciddi müqavimət var | Banco.az

Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə ciddi müqavimət var

Azərbaycanın bank, tikinti, neft və ticarət sektorundan vergi daxilolmaları üzrə ciddi azalma var. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, idman-mərc oyunları sahəsində vergidən yayınanlar çoxdur: "Ötən dövr ərzində 105 mindən çox yeni vergi ödəyicisi qeydə alınıb. Onların 20 mindən çoxu hüquqi şəxslərdir".

Ən sərfəli kredit üçün müraciət et

Nazir müavini deyib ki, nağdsız ödənişlərlə bağlı hökumətə təkliflər verilib: "Bu, çox ciddi vergi bazasıdır. Biz 2011-ci ildə də bununla bağlı təkliflər irəli sürmüşdük. Amma deyim ki, çox ciddi müqavimət var".

Mənbə: Report.az