Azərbaycanda ilk .NET Developerlər Konfransı keçiriləcək | Banco.az

Azərbaycanda ilk .NET Developerlər Konfransı keçiriləcək

DOTNET KONF Azərbaycan noyabrın 23-də ADA Universitetində baş tutacaq. Konfransın məqsədi yerli IT ekosisteminin nümayəndələrini bir araya toplamaq, proqramçı mütəxəssislər və proqramlaşdırmaya yeni başlayanlar arasında körpü yaratmaq, bu sahənin ən son yeniliklərini və trendlərini araşdırmaq, ölkənin informasiya texnologiyaları bazarının və kadr potensialının inkişafına təkan verməkdir.

Bir qrup yerli proqramlaşdırma mütəxəssisinin təşəbbüsü, Microsoft Azerbaijan, TayqaTech və Kibrit.Tech şirkətlərinin dəstəyi ilə keçiriləcək tədbirdə 7 spikerin çıxışı planlaşdırılıb. Eyni zamanda, 250 nəfərin iştirakı nəzərdə tutulub. Konfransın işçi dili azərbaycan dilidir.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirin təşkilat komitəsindən verilən məlumata görə, dünyanın əksər ölkələrində çoxsaylı proqramçı auditoriyasını öz ətrafında birləşdirən .NET Developerlər Konfransının Azərbaycanda da illik olaraq keçirilməsi planlaşdırılır.

Daha ətraflı məlumatı konfransın rəsmi saytından əldə edə bilərsiniz: https://dotnetkonf.az/

Ən sərfəli krediti almaq üçün müraciət et