Azərbaycanda heyvandarlıq sahəsinin inkişafı üçün hansı addımlar atılmalıdır? | Banco.az

Azərbaycanda heyvandarlıq sahəsinin inkişafı üçün hansı addımlar atılmalıdır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Azərbaycanda heyvandarlıqla məşğul olan insanların sayı çox olsa da, hələ də xaricdən idxal edilən süd və süd məhsullarına asılıyıq. Marketlərdə yerli istehsala rast gəlsək də, yağ məhsulları üzrə vəziyyət daha kritikdir”.

Bu fikirləri Banco.az-a iqtisadçı Rauf Qarayev deyib.

O bildirib ki, ölkədə yağ məhsulları əsasən xaricdən, xüsusilə Rusiyadan idxal edilir. Palma yağları daha geniş istifadə olunmaqdadır, çünki yerli istehsal bu baxımdan arxada qalır.

Ən sərfəli kredit üçün müraciət et

Rauf Qarayev qeyd edib ki, idxal edilən süd məhsullarının keyfiyyətinin müəyyənləşdirilməsi çətindir. İstehlakçılar alacaqları məhsulun üzərindəki məlumatlara tam etibar edə bilmir. Dövlət orqanlarının bu sahədə nəzarəti artırması və mütəmadi monitorinqlər aparması vacibdir.

“Süd məhsullarının istehsalının zəif olmasına səbəb olan amillərdən biri də heyvandarlıq üçün əlverişli şəraitin olmamasıdır. Örüş sahələrinin azalması, insanların heyvan saxlamasını çətinləşdirir. Yem məhsullarının baha olması, eləcə də tərk edilmiş kəndlərin ərazisində infrastruktur problemləri, məsələn, yol, su və qazın olmaması, bu sahənin inkişafını əngəlləyir”.

Ən sərfəli krediti almaq üçün müraciət et