Azərbaycanda dolların gələn ilə gözlənilən məzənnəsi açıqlanıb | Banco.az

Azərbaycanda dolların gələn ilə gözlənilən məzənnəsi açıqlanıb

Renkinq:

Azərbaycanda "üzən məzənnə" rejiminin tətbiqi bu il olduğu kimi, gələn il də formal xarakter daşıyacaq.

Bu barədə "Renkinq"ə Azərbaycan Mərkəzi Bankındakı mənbə bildirib.

Onun sözlərinə görə, tənzimləyici qurum 2018-ci ildə də ABŞ dollarının məzənnəsini diktə edəcək və valyuta ehtiyatlarını artırmağa çalışacaq.

Ən sərfəli kredit üçün müraciət et

"Çox güman ki, gələn il Amerika valyutasının məzənnəsi 1,7 manatlıq həddən çox kənarlaşmayacaq. Bununla belə, dünya bazarında neftin qiymətindən və valyuta bazarında tələb-təklifdən asılı olaraq dolların qiyməti 1,6-1,8 manat arasında dəyişə bilər", - deyə mənbə qeyd edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et